Qış Olimpiya Oyunları: Azərbaycan nümayəndə heyəti paraddan 11-ci keçəcək
06 fevral 2026 - 10:55 886
Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.
Olympic.az xəbər verir ki, “San Siro” stadionunda təşkil olunacaq mərasimdə Azərbaycan nümayəndə heyəti paraddan 92 ölkə arasında 11-ci sırada keçəcək.
Mərasimdə üçrəngli bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaq.
Qeyd edək ki, Yunanıstan komandası paraddan ənənəvi olaraq birinci, ev sahibləri isə sonuncu keçəcək.
Açılış mərasimi Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, fevralın 22-dək davam edəcək Oyunlarda Azərbaycan komandası iki idmançı ilə təmsil olunacaq.
Təmsilçilərimizdən Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək. Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom (giant slalom), 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı