Qış idman növlərinin inkişafı məqsədilə yeni layihəyə start verilib
05 dekabr 2024 473
Xizək mədəniyyətinin təbliği və qış idman növlərinin inkişafı məqsədilə “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı və “Baku Snow Sport” şirkətinin dəstəyi ilə yeni maarifləndirici layihəyə start verilib.
Layihənin əsas məqsədi gənclər arasında qış idman növlərinə marağı artırmaq, aktiv həyat tərzini təşviq etmək, eyni zamanda ölkəmizdə qış turizminin inkişaf potensialı və bu sahədə müasir imkanlarla tanışlıqdır.
Layihə çərçivəsində tələbələrlə ilk görüş Azərbaycan Turizm və Menecment Universitetində təşkil edilib.
Görüş zamanı 100-dən artıq tələbə qış idman növlərinin əhəmiyyəti, sağlamlığa və sosial inteqrasiyaya verdiyi töhfələr haqqında məlumatlandırılıb, eləcə də iştirakçılara təcrübəli mütəxəssislər tərəfindən praktiki tövsiyələr verilib, faydalı müzakirələr aparılıb.
Layihə çərçivəsində 2025-ci il ərzində 20-dən artıq universitetdə tələbələrlə bu formatlı görüşlərin keçirilməsi nəzərdə tutulub.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı