Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstan gimnastları açıq Azərbaycan çempionatında iştirak edəcəklər
14 fevral 2024 836
Fevralın 15-16-da batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək.
Bakı Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 110-dək idmançı qüvvəsini sınayacaq.
Turnirdə “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbinin (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin (BGM) təmsilçilərinə, Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstanın batut gimnastikası üzrə yığmalarının üzvləri, eləcə də “Şevardeni” və Batumi klublarının (hər ikisi Gürcüstan) gimnastları da qoşulacaqlar.
Yarışda idmançılar fərdi və sinxron proqramda balacalar (2017-ci il), uşaqlar (2014-2016), yeniyetmələr (2012-2013), gənclər (2008-2011) və böyüklər (2007-cı il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı