Qaşim Maqomedov Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli Oyun ruhu” mükafatına layiq görülüb
18 may 2025 773
Mayın 18-də Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Konqresi və Baş Assambleyası start götürüb.
Quruma üzv olan 24 ölkə nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və komissiyanın məsul katibi Aysel Sultanova təmsil ediblər.
Konqresdə “İdmanda inklüzivliyi təşviq etmək üçün Fair Play təhsili” mövzusunda müzakirələr aparılıb və mövzu ətrafında çıxışçıların məruzələri dinlənilib.
Ardınca Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Qala mükafatlandırma mərasimi keçirilib.
Qala gecəsində idmanda dürüstlük, hörmət və həmrəyliyi təcəssüm etdirən fərdlər, idmançılar və idman təşkilatları mükafatlandırılıblar.
Mərasimdə Milli Olimpiya Komitəsi tərəfindən namizədliyi irəli sürülən taekvondoçumuz, Paris-2024-ün gümüş mükafatçısı Qaşim Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli Oyun ruhu” mükafatına layiq görülüb.
Tədbirdə Qaşim Maqomedovun Avropa təşkilatına ünvanladığı videoçarx da nümayiş etdirilib.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı

