"Qarabağ" Bakıda "Ayntraxt"ı qəbul edəcək
21 yanvar 2026 - 16:52 306
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII turun növbəti oyunları keçiriləcək.
Azərbaycanın "Qarabağ" klubu da UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə qarşılaşacaq. Oyunun start fiti saat 21:45-də səslənəcək.
Qarşılaşmanın baş hakimi isveçrəli Sandro Şerer olacaq.
Xatırladaq ki, Azərbaycan çempionu hazırda 7 xalla 25-ci pillədə qərarlaşıb. Frankfurt təmsilçisi isə 4 xalla 33-cü sıradadır.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı