Xəbərlər

Qadın voleybolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib

17 noyabr 2022 564

Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərovun və AVF-nin baş katibi Fərid Xəlilovun da iştirak etdiyi tədbir İtalyanın Napoli şəhərində təşkil olunub.
Püşkatmada ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin də rəqibləri bəlli olub. Komandamız C qrupunda mübarizə aparacaq. Millimizin qrupdakı rəqibləri Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstan olacaq. Komandamız 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdır.

 Həlledici oyunlar 2023-cü il avqustun 15-dən sentyabrın 3-dək keçiriləcək.