Paytaxtımızda Avropa çempionatı həyəcanı başlayır
12 fevral 2025 904
Bu gün Bakıda badminton üzrə qarışıq komandaların Avropa çempionatına start verilib.
Bakı İdman Sarayında təşkil olunan turnirdə Danimarka, İspaniya, İngiltərə, Fransa, Almaniya, Çexiya, Niderland və Azərbaycan olmaqla ümumilikdə 8 komanda mübarizə aparır.
Birinci qrupda yer alan Azərbaycan millisi ilk oyununu İngiltərə seçməsinə qarşı keçirəcək. Qarşılaşma saat 10:00-da start götürəcək. Qrupun digər görüşündə Danimarka İspaniya ilə görüşəcək. Bu matç da eyni saatda başlayacaq. Bu gün II qrupda Fransa - Almaniya və Niderland - Çexiya oyunları da təşkil ediləcək. Həmin qarşılaşmalar saat 15:00-da start götürəcək.
Yığmamızın heyətində 16 badmintonçu - Cahid Əlhəsənov, Keişa Fatimə Zəhra, Məhəmmədəli Bayramlı, Edi Reski Dviçayo, Aqil Qabilov, Rəvan Niftəliyev, Ülvi Hüseynov, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Həcər Nuriyeva, Dikki Dvi Pangestu, Nigar Səmədova, Murad Şabanzadə, Əmirxan İmanov və Nəzrin Mehralızadə yer alıb.
Qeyd edək ki, Avropa çempionatında ilk 2 pillənin sahibi yarımfinal mərhələsinə vəsiqə əldə edəcək. Qitə çempionatı fevralın 16-da başa çatacaq.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı