Paul J. Foster: “Azərbaycanda ofis açmaq istəyirik”
25 aprel 2025 582
Aprelin 25-də Milli Olimpiya Komitəsinin inzibati binasında, Global Esports Federasiyasının rəhbərləri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi esports fəaliyyətini gücləndirmək, daha da inkişaf etdirmək və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Tədbirdə esports-un Olimpiya Hərəkatına dəstəyi müzakirə edilib.
Global Esports Federasiyasının baş direktoru Paul J. Foster Azərbaycanda Qlobal Kiberidman Federasiyasının ofisini açmaq istədiyini bildirib. “Bizim baş qərargahımız Sinqapurdadır. Biz də burada, Azərbaycanda ofis açmaq istəyirik. Hesab edirik ki, bu, region üçün çox vacib bir hadisə ola bilər. Bilirəm, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına xeyli müddət qalıb Bizim konsulluğumuz var. "Bizdə" deyirəm, çünki özümü azərbaycanlı kimi hiss edirəm. Həqiqətən sizə lazım olan hər şeydə köməklik etməyə hazıram.” – deyə Paul J. Foster qeyd edib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı