PARİS-2024 YAY OLİMPİYA OYUNLARINDA AZƏRBAYCAN OLİMPİYA KOMANDASININ NƏTİCƏLƏRİ
08 avqust 2024 1832
Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
Yığmamız Fransa paytaxtına ümumilikdə 48 idmançı ilə yollanıb. Ölkəmiz 15 növ üzrə 17 proqramda təmsil olunur.
İdmançılarımızdan 36-sı artıq Olimpiadaya start verib. Onlardan üçü Fransa paytaxtında mükafat qazanıb. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) çempion olmaqla Azərbaycan himnini səsləndiriblər. Taekvondoçu Qaşım Maqomedov (58 kq) ikinci yeri tutaraq ölkəmizə ilk gümüşü qazandırıb. Boksçu Alfonso Dominqes isə finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.
Ümumilikdə milli üzvlərindən 34-ü Paris-2024-lə vidalaşıb. Alfonso Dominqes və Həsrət Cəfərov mübarizəsini davam etdirirlər. 12 idmançımız isə yarışın son günlərində Olimpiadaya start verəcək. Bunlar 6 bədii gimnast və 6 sərbəst güləşçidir.
25 iyul
Yaylagül Ramazanova (kamandan oxatma) – sıralama turunda 39-cu yer, 1/32 finalda iştirak edəcək
27 iyul
Keişa Fatimə Zəhra (badminton) – qrup mərhələsində 1 məğlubiyyət
Leyla Əliyeva (cüdo, 48 kq) – 1/16 finalda məğlubiyyət
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – təsnifatda qrupda 3-cü yer, 1/4 finala adlayıb
Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 10 m) – təsnifatda 24-cü yer
Balabəy Ağayev (cüdo, 60 kq) – 1/8 finalda məğlubiyyət
28 iyul
Yaşar Nəcəfov (cüdo, 66 kq) – 1/16 finalda məğlubiyyət
Gültac Məmmədəliyeva (cüdo, 52 kq) – 1/16 finalda məğlubiyyət
Alfonso Dominqes (boks, 92 kq) – 1/4 finala yüksəlib
29 iyul
Keişa Fatimə Zəhra (badminton) – qrup mərhələsində 2 məğlubiyyət
Hidayət Heydərov (cüdo, 73 kq) – qızıl medal qazanıb
Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda məğlubiyyət
Məhəmməd Abdullayev (boks, +92 kq) – 1/8 finalda məğlubiyyət
Edi Reski Dviçayo (badminton) – qrup mərhələsində 1 qələbə
Malik Həsənov (boks, 63,5 kq) – 1/8 finalda məğlubiyyət
30 iyul
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – 1/4 finalda qrupda 4-cü yer, C/D yarımfinalın adlayıb
Zelim Tçkayev (cüdo, 81 kq) - 1/16 finalda məğlubiyyət
Ramil Vəlizadə (üzgüçülük, 200 m, batterflyay) - təsnifat mərhələsində qrupda 2-ci, yekunda 25-ci yer
Nicat Hüseynov (boks, 51 kq) – 1/8 finalda məğlubiyyət
Murad Allahverdiyev (boks, 80 kq) – 1/4 finala yüksəlib
Yaylagül Ramazanova (kamandan oxatma) – 1/16 finalda məğlubiyyət
Qadın basketbolçulardan ibarət 3x3 millisi – 1 məğlubiyyət
31 iyul
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – C/D yarımfinalında 3-cü yer, C finalına yüksəlib
Rostislav Pevtsov (triatlon) – 43-cü yer
Elcan Hacıyev (cüdo, 90 kq) – 1/8 finalda məğlubiyyət
Edi Reski Dviçayo (badminton) – qrup mərhələsində 1 qələbə 1 məğlubiyyət
Qadın basketbolçulardan ibarət 3x3 millisi – 1 məğlubiyyət, 1 qələbə
1 avqust
Zelim Kotsoyev (cüdo, 100 kq) – qızıl medal qazanıb
Alfonso Dominqes (boks, 92 kq) – yarımfinala yüksəlib
Qadın basketbolçulardan ibarət 3x3 millisi – 1 qələbə, 3 məğlubiyyət
2 avqust
Uşanqi Kokauri (cüdo, +100 kq) – 7-ci yer
Selcan Maqsudova (batut gimnastikası) – 10-cu yer
Murad Allahverdiyev (boks, 80 kq) – 1/4 finalda məğlubiyyət
Qadın basketbolçulardan ibarət 3x3 millisi – 2 qələbə, 4 məğlubiyyət
3 avqust
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – 17-ci yer
Məryəm Şeyxəlizadəxəngah (üzgüçülük, 50 m, sərbəst üsulla) – 35-ci yer
Qadın basketbolçulardan ibarət 3x3 millisi – əsas mərhələdə 7-ci
4 avqust
Alfonso Dominqes (boks, 92 kq) - finala yüksəlib
Anna Skidan (atletika, çəkicatma) – təsnifatda 6-cı yer, final mərhələsinə yüksəlib
Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 25 m) – təsnifatda 18-ci yer
5 avqust
Murad Məmmədov (yunan-Roma güləşi, 60 kq) – 1/8 finalda məğlub olub
Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq) – bürünc medal uğrunda güləşəcək
6 avqust
Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq) – 5-ci yer
Anna Skidan (atletika, çəkicatma) – 7-ci yer
Sənan Süleymanov (yunan-Roma güləşi, 77 kq) – bürünc medal uğrunda güləşəcək
Mariya Stadnik (qadın güləşi, 50 kq) – 1/4 finalda məğlubiyyət
7 avqust
Sənan Süleymanov (yunan-Roma güləşi, 77 kq) – 5-ci yer
Həsrət Cəfərov (yunan-Roma güləşi, 67 kq) – bürünc medal uğrunda güləşəcək
Rafiq Hüseynov (yunan-Roma güləşi, 87 kq) – 1/8 finalda məğlubiyyət
Qaşım Maqomedov (taekvondo, 58 kq) – gümüş medal qazanıb
Qeyd edək ki, Olimpiadaya avqustun 11-də yekun vurulacaq.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı