“Paris-2024” Yay Olimpiya Oyunları İctimai Televiziyada canlı yayımlanacaq
23 iyul 2024 3035
İctimai Televiziyada bu yay idman həyəcanı tam sürətlə davam etməkdədir.
Sabah başlayacaq və iyulun 26-da rəsmi açılış mərasimi olacaq planetin ən möhtəşəm yarışı “Paris-2024” Yay Olimpiya Oyunları idman həvəskarlarına canlı yayımda təqdim olunacaq.
Avqustun 11-dək davam edəcək Oyunlarda Azərbaycan idmançılarının çıxışları, Olimpiadanın rekordlar, sevinc və üzüntü ilə zəngin olan ən maraqlı, emosional anları İTV-nin efirində yaşanacaq.
İdmançılarımızın qələbə xəbərləri, yarışla bağlı eksklüziv təəssüratları ilk olaraq İctimai Televiziyanın efirində bu il 30 illik yubileyini qeyd edən Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin birgə dəstəyi ilə Parisdən canlı yayımda nümayiş olunacaq. Hər yarış gününün əvvəlində və sonunda xüsusi olaraq Paris Olimpiadası üçün hazırlanmış “Bol idman” verilişinin yeni studiyasında təmsilçilərimizin çıxışları, şansları ekspertlərin iştirakı ilə müzakirə olunacaq.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı