Paris-2024: Hidayət Heydərov növbəti mərhələ vəsiqə qazanıb
29 iyul 2024 1260
Azərbaycan komandasının üzvü, dünya və Avropa çempionu Hidayət Heydərov (73 kq) Oyunlarda ilk görüşünə çıxıb.
Mübarizəyə 1/8 final mərhələsindən başlayan dünya çempionumuzun ilk rəqibi Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı israilli Tohar Bitbulla olub. Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib.
Avqustun 2-dək davam edəcək Paris-2024-ün cüdo yarışlarında Azərbaycan komandası iki qadın və yeddi kişi cüdoçusu olmaqla doqquz idmançı ilə təmsil olunur.
Qeyd edək ki, Paris olimpiadasına avqustun 11-də yekun vurulacaq.




