Paris-2024: Əliabbas Rzazadə və Osman Nurmaqomedov Olimpiya Oyunlarını medalsız başa vurub
08 avqust 2024 712
Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.
Bu gün sərbəst güləşçilərin mübarizəsinə start verilib.
İlk gündə iki çəkidə qarşılaşmalar başlayıb. Hər iki kateqoriyada təmsil olunan Azərbaycan millisinin idmançıları mübarizəni erkən başa vurublar.
Sərbəst güləş
57 kq
1/8 final
Əliabbas Rzazadə yarışa 1/8 finaldan başlayıb. Avropa çempionatlarının qızıl və gümüş mükafatçısının startda Özbəkistan təmsilçisi Qulomjon Abdullayevlə güləşib. Görüş rəqibin 11:4 hesablı qələbəsi ilə yekunlaşıb. Abdullayev yarımfinalda uduzduğu üçün güləşçimiz Olimpiada ilə vidalaşıb.
86 kq
Osman Nurmaqomedov da ilk görüşünə 1/8 finalda çıxıb. O, monqolustanlı Baasanyarqal Byambasuren ilə üz-üzə gəlib. Qarşılaşmada idmançımız 11:2 hesabı ilə qalib gəlib. Nurmaqomedov 1/4 finalda Maylz Aminlə (San Marino) gücünü yoxlayıb. Təmsilçimiz bu dəfə 14:16 hesablı məğlubiyyətə üzülüb. Amin isə növbəti görüşündə uduzduğundan Nurmaqomedov da Paris-2024-də çıxışını bitirib.
Qeyd edək ki, bu iki çəkidə təsəlliverici qarşılaşmalar və medal görüşləri sabah təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı



