Xəbərlər

Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda yarışacaq

07 oktyabr 2026 - 15:04 38

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal uğunda yarışacaq.

 

81 kq çəki dərəcəsində yarışan idmançı təsəlliverici görüşdə sloveniyalı Nake Herkoviçi məğlub edib.

 

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.