Olimpiya Dəyərləri və Təhsil Proqramı üzrə beynəlxalq seminar baş tutub
08 fevral 2024 904
30 yanvar - 3 fevral tarixlərində Litvanın paytaxtı Vilnius şəhərində Litva Olimpiya Komitəsinin təşkilatçılığı ilə Olimpiya Dəyərləri və Təhsil Proqramı üzrə beynəlxalq seminar baş tutub. Seminarda avropanın 20 ölkəsindən 20-30 yaş aralığında idman mütəxəssisləri iştirak ediblər və MOK-un əməkdaşı Ceyhun Rəhmanov da Azərbaycanı bu seminarda təmsil edib. Proqramın açılışını LMOK-un Olimpiya Təhsili departamentinin rəhbəri Kasparas Sileikis edib və iştirakçılara uğurlar arzu edib. Bu 5 günlük proqramın əsas məqsədi müxtəlif ölkələrdən olan mütəxəsislər arasında əlaqələri gücləndirmək həmçinin həmin ölkələrdə Olimpiya dəyərlərini məktəblərdə təbliğ etmənin yollarını müzakirə etmək olub.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)