Olimpiya çempionları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər
05 avqust 2024 1085
5 avqustda Paris 2024 Yay Olimpiya Oyunlarının qızıl medalçıları Hidayət Heydərov və Zelim Kotsoyev Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Çempionlar bildirib ki, beynəlxalq arenalarda qaldırdıqları Azərbaycan bayrağı Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və qazilərin sayəsində qüdrətlidir. Medalçılar Ulu Öndəri və şəhidləri ziyarət edib ruhları qarşısında baş əyməyi özlərinə borc bilib.
Hidayət və Zelim Ulu Öndər Heydər Əliyevin məzarı önünə güllər qoyub, xatirəsini ehtiramla anıblar. Ziyarət zamanı Ulu Öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Daha sonra çempionlar Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı
.jpeg)
.jpeg)

.jpeg)
