Xəbərlər

Oğlanlardan ibarət U-16 yığmamız təlim-məşq toplanışında 

11 mart 2023 323

10 mart tarixindən etibarən basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışına start verdi. Tahir Baxşıyevin rəhbərliyi altında ilk yoxlama oyununu keçirən millimiz "Zaza Pachulia Academy" komandasına 88-70 hesabı ilə məğlub olub. Təlim-məşq toplanışı 17 mart tarixinə qədər davam edəcək.

 Qeyd edək ki, təlim-məşq toplanışı 19-27 iyul tarixlərində Kosovada baş tutacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyır