Münxen Almaniyanın Olimpiya Oyunlarına namizəd şəhəri seçilib
26 sentyabr 2026 - 20:34 165
Almaniyanın Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizəd şəhəri müəyyənləşib.
Almaniya Olimpiya İdman Federasiyasının (DOSB) növbədənkənar iclasında Münxen 2036-cı, 2040-cı və ya 2044-cü illər üçün Yay Olimpiya və Paralimpiya Oyunlarına namizəd şəhər seçilib. Bavariya əyalətinin paytaxt şəhəri namizədlik uğrunda yarışda Köln-Rur regionunu üstələyib. Qərarı Almaniya Prezidenti Frank-Valter Ştaynmayer DOSB prezidenti Tomas Vaykert ilə birlikdə elan edib.
Bu səsvermədən bir neçə gün əvvəl Berlin namizədliyini geri götürüb. Hamburq isə daha əvvəl keçirilmiş referendumun mənfi nəticəsindən sonra mübarizədən çəkilib.
Almaniya Prezidenti komanda şəklində yarışılacağı təqdirdə Olimpiadaya ev sahibliyi üçün şansların artacağını vurğulayaraq bildirib: “Dünyanın ən böyük idman tədbirinə namizədlik təkcə seçilmiş bölgə üçün uğur deyil. Bu bütün Almaniya üçün böyük fürsətdir”.
Kansler Fridrix Merts də bütün Almaniyanın Münxenin namizədliyini dəstəklədiyini vurğulayaraq qeyd edib: “Biz Olimpiya və Paralimpiya Oyunlarını həyəcan dolu anlar, böyük uğurlar, unudulmaz xatirələr və bütün ölkənin nəfəsini dərərək bu mübarizəni izləməsi üçün ölkəmizə gətirmək istəyirik”.
DOSB növbəti mərhələdə Beynəlxalq Olimpiya Komitəsinə Münxenin namizədliyi ilə bağlı müraciət edəcək. Münxen beynəlxalq namizədlik prosesində ev sahibliyi adı uğrunda digər mümkün namizədlərlə rəqabət aparacaq. Almaniya konkret olaraq, 2036-cı, 2040-cı və ya 2044-cü il variantlarından birini hələ dəqiq müəyyənləşdirməyib. Münxen qalib gələcəyi təqdirdə 1972-ci ildən sonra tarixində ikinci dəfə Olimpiadaya ev sahibliyi edəcək. Daha əvvəl isə Berlin 1936-cı ildə Olimpiya Oyunlarını qəbul edib.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı