MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12 sentyabr 2026 - 19:24 19
Sentyabrın 12-də Səudiyyə Ərəbistanı Krallığının Taif şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) 15-ci Baş Assambleyası keçirilib.
Assambleya çərçivəsində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsindəki fədakar xidmətləri, dəyərli töhfələri, eləcə də rəhbərliyi və sadiqliyi ilə Assosiasiyanın işinin irəliləməsinə, bütün İslam aləmində həmrəyliyin, əməkdaşlığın və idmanın inkişafının təşviq edilməsinə göstərdiyi xidmətlərə görə Təşəkkürnamə ilə təltif olunub.
MOK-un vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) vitse-prezidenti Çingiz Hüseynzadə 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin üzvü olmuşdur.
Bənzər xəbərlər
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının ... Ətraflı
Azərbaycan komandası Maltada estafet yarışının qalibi olub
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletləri Maltada keçirilən “Avropa açıq” üzgüçülük ... Ətraflı

