MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və BOK-un Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcək
08 oktyabr 2026 - 15:48 53
Oktyabrın 9-dan 10-dək Xorvatiyanın Split şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) 46-cı Seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Forumu keçiriləcək.
Forumda ölkəmizi Milli Olimpiya Komitəsini (MOK) baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edəcəklər.
Xorvatiyanın "Le Meridien Lav" otelinin konfrans mərkəzində təşkil olunan möhtəşəm tədbir regional və beynəlxalq idman strukturunun gücləndirilməsi, həmçinin qarşıdan gələn mühüm idman yarışlarına hazırlıq məsələlərinə həsr olunacaq. Seminar və Forum çərçivəsində əsas istiqamətlər üzrə plenar iclaslar və işçi sessiyaları keçiriləcək. Forum çərçivəsində 11-ci Qış "Piotr Nurowski" mükafatı üzrə Avropanın ən yaxşı gənc idmançısının seçilməsi və mükafatlandırılması mərasimi təşkil ediləcək.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün ... Ətraflı
Südabə Ağayeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb
Azərbaycan cüdoçusu Südabə Ağayeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Milli ... Ətraflı