MOK-un əməkdaşı vəfat edib
08 oktyabr 2025 - 10:43 781
Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov vəfat edib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, o, bu gün səhər saatlarında uzun sürən xərçəng xəstəliyindən sonra 52 yaşında dünyasını dəyişib.
Mərhumun dəfn mərasimi oktyabr 8-də Yasamal qəbristanlığında olacaq.
Mehman Kərimov Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin müdiri kimi ölkəmizin Olimpiya Hərəkatının inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsində fəal sürətdə iştirak edib.
O, müxtəlif beynəlxalq yarışlarda missya rəhbəri, Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin, MOK-un bir sıra komissiyalarının üzvü kimi fəaliyyət göstərib.
Allah rəhmət eləsin!
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı