Xəbərlər

MOK Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb

05 oktyabr 2020 748

Azərbaycan Milli Olimpiya Komitəsi işğal altında olan torpaqlarımızın azadlığı, dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb.

Ölkəmiz üçün çətin və eyni zamanda şanlı bir dövrdə istər Azərbaycan əsgər və zabitlərinin göstərdikləri fədakarlıq, istərsə də Azərbaycan xalqının nümayiş etdirdiyi möhkəm birlik, həmrəylik və Vətənə sevgi hər bir vətəndaşımızın milli qürur və fəxarət hissi yaşamasını şərtləndirib. MOK əməkdaşlarının könüllü iştirakı ilə ayrılan yardım vəsaitinin şanlı ordumuzun haqq işinə dəstək olacağına inanırıq.

Biz birlikdə güclüyük!