Xəbərlər

Misir Ərəb Respublikasının paytaxtı Qahirədə Dünya Karate Federasiyasının Karate1 seriyasından ən nüfuzlu yarışı Premyer Liqa davam edir

28 yanvar 2023 404

Turnirin ilk günü 4 idmançımız medallar uğurunda mübarizəni təmin edib. Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq) və Mədinə Sadiqova (-55 kq) bazar günü bürünc medal uğrunda mübarizə aparacaq. Şənbə günü daha bir neçə karateçimiz yarışa qatılacaq.
     Karate1 Premyer Liqa turnirində 58 ölkədən 382 idmançı iştirak edir.
edia və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Qahirə, Misir Ərəb Respublikası   http://az.karate.az/news/1511