"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
29 sentyabr 2026 - 12:18 169
Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASNİF) birgə təşkilatçılığı ilə "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin açılış mərasimi bu gün Füzulidə baş tutub.
Mərasim Köndələnçay su anbarında keçirilib.
Azərbaycan Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunmasından sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. O, yarışın əhəmiyyətindən və işğaldan azad olunmuş bölgələrdə idmanın inkişafından danışıb. Sonda iştirakçılara uğurlar arzulayıb.
Daha sonra avarçəkənlərin nümunəvi çıxışları və maraqlı su şouları təşkil olunub.
Yeniyetmələr üçün müxtəlif viktorinalar və intellektual yarışmalar keçirilib. Füzuli sakinləri üçün həvəskar avarçəkmə qayıqlarında özlərini sınamaq imkanı da yaradılıb.
Sonda federasiya tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Xatırladaq ki, "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri oktyabrın 1-də yekunlaşacaq.
Yarışda Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı