"Mingəçevir Reqatası-2026": Azərbaycan təmsilçiləri daha üç medal qazanıblar
30 sentyabr 2026 - 12:57 75
Azərbaycan təmsilçiləri "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin ikinci günündə daha 3 medal qazanıblar.
500 metr məsafəyə 2 nəfərlik kayak yarışlarında (2008-2009) Tengiz Qaqnidze - Qiyas Əhmədov cütlüyü (1:54.51) 1-ci yeri tutub.
Nuran Rəhimli - Elvin Əliyev (2:03.43) tandemi 3-cü pillədə qərarlaşıb.
1000 metr məsafəyə 1 nəfərlik kanoe ilə yarışda (2008-2009) isə Hüseyn Səmədli (4:43.54) bürünc medal qazanıb.
Xatırladaq ki, ötən gün Füzulidəki Köndələnçay su anbarında keçirilən ilk mərhələdə Azərbaycan idmançıları 4 medal qazanıblar. 200 metr məsafəyə 1 nəfərlik kayak və kanoe yarışlarında Əlimurad Hacızadə birinci, Nuran Rəhimli (hər ikisi 2008/2009) ikinci, Hüseyn Səmədli (2008/2009) və Elmir Tarverdiyev (2010/2011) isə üçüncü pilləni tutublar.
Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.
Bənzər xəbərlər
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
Bakıda üzgüçülük üzrə Dünya Kubokuna start verilib.
İlk yarış günündə idmançılar ... Ətraflı
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Su İdmanı Sarayında ... Ətraflı