Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş fotosərginin açılışı keçirilib
11 sentyabr 2026 - 18:45 19
Milli Paralimpiya Komitəsinin (MPK) 30 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində fotosərginin açılış mərasimi baş tutub.
“Crescent Mall”un 1-ci mərtəbəsində təşkil olunan tədbirdə Milli Paralimpiya Komitəsinin rəhbərliyi və əməkdaşları, Gənclər və İdman Nazirliyinin rəsmiləri, Paralimpiya çempionları və mükafatçıları, yeniyetmə və gənc paralimpiyaçılar, məşqçilər, idman ictimaiyyətinin nümayəndələri, media nümayəndələri, sərgidə nümayiş olunan fotoların müəllifləri olan fotoqraflar və digər qonaqlar iştirak ediblər.
Fotosərginin əsas məqsədi Milli Paralimpiya Komitəsinin 30 illik fəaliyyət yolunu, Azərbaycan paralimpiya hərəkatının inkişaf tarixini və ölkəmizi beynəlxalq arenada təmsil edən Paralimpiya çempionları və mükafatçılarının nailiyyətlərini ictimaiyyətə təqdim etməkdir.
Sərgidə Azərbaycan paralimpiya hərəkatının müxtəlif inkişaf mərhələlərini, Paralimpiya çempionları və mükafatçılarının beynəlxalq yarışlardakı çıxışlarını, qazandıqları medalları və yaddaqalan idman anlarını əks etdirən fotolar nümayiş olunub. Eyni zamanda, Azərbaycan paralimpiya hərəkatının gələcəyini formalaşdıran yeniyetmə və gənc paralimpiyaçıların fotolarına da sərgidə xüsusi yer verilib.
Fotosərgi vasitəsilə ziyarətçilər Azərbaycan paralimpiya hərəkatının keçdiyi 30 illik inkişaf yolunu, müxtəlif nəsilləri təmsil edən Paralimpiya çempionları və mükafatçılarının idman mübarizəsini, onların iradə və əzmini, eləcə də ölkəmizin paralimpiya idmanında qazandığı nailiyyətləri fotoşəkillər vasitəsilə yaxından tanımaq imkanı əldə ediblər.
Qeyd edək ki, fotosərgidə nümayiş olunan fotolar iki həftə ərzində “Crescent Mall”un 1-ci mərtəbəsində ziyarətçilər üçün açıq olacaq. Sərgini ziyarət edənlər Azərbaycan paralimpiya hərəkatının 30 illik tarixini əks etdirən fotolarla yaxından tanış ola bilərlər.
Bənzər xəbərlər
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının ... Ətraflı
Azərbaycan komandası Maltada estafet yarışının qalibi olub
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletləri Maltada keçirilən “Avropa açıq” üzgüçülük ... Ətraflı