Milli komandamız gənclər arasında Avropa çempionatını 3 qızıl və 2 bürünc medalla başa vurub
05 sentyabr 2026 - 22:05 618
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan milli komandası uğurla çıxış edib. Fərdi yarışların son günündə yığmamız 1 qızıl və 2 bürünc medal qazanıb.
Süleyman Şükürov (-90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Finala qədər Fransa, Moldova, Ukrayna və Rusiya idmançılarını məğlub edən cüdoçumuz həlledici görüşdə almaniyalı Konstantin Disteli ipponla üstələyib. Bu, idmançımızın karyerasında gənclər arasında ikinci Avropa çempionluğu olub.
Davud Namazlı (-100 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medal qazanıblar. Təmsilçilərimiz üçüncü yer uğrunda görüşlərdə müvafiq olaraq Niderland idmançısı Leonhard Fransensə və yerli cüdoçu Stefan Koviniçə qalib gəliblər.
Xatırladaq ki, ilk yarış günündə Ayxan Mirzəzadə (-60 kq) və Məhəmməd Musayev (-66 kq) Avropa çempionu adını qazanmışdılar.
Ümumilikdə, milli komandamız gənclər arasında Avropa çempionatını 3 qızıl və 2 bürünc medalla başa vurub. Yığmamız 44 ölkə arasında ümumi komanda hesabında ikinci, oğlanların mübarizəsində isə birinci yeri tutub.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı