Milan-Kortina-2026: İsrail idmançıları qarət olunublar
09 fevral 2026 - 12:20 359
İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında xoşagəlməz hadisə baş verib.
Bobsley üzrə İsrail milli komandası qarət olunub.
Bu barədə yığma üzvü Adam Edelman sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, naməlum şəxslər komandanın otağına daxil olaraq, idmançılara məxsus pasportları və 3000 ABŞ dolları dəyərində əşyaları oğurlayıblar.
Oğurluq hadisəsindən sonra ianə kampaniyasına start verilib. İdmançılara təkcə oğurlanmış əşyaları geri qaytarmaq üçün deyil, həm də Olimpiadaya hazırlıq məqsədilə götürülmüş kreditləri, avadanlıq icarəsini və məşqçilərin maaşlarını ödəmək üçün lazım olan 100 000 dollardan 77 000 dolları toplanıb.
Qeyd edək ki, “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı