Məhəmməd Muradlı Azərbaycan çempionu oldu
18 fevral 2022 1968
Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub. Üçüncü yer uğrunda görüşün ikinci oyununda Vasif Durarbəyli Aydın Süleymanlı üzərində ikinci qələbəsini qazanıb və Azərbaycan Çempionatının bürünc mükafatçısı olub. Aydın Süleymanlı 4-cü yeri tutub.
Finalın ikinci oyununda da qələbə qazanan Məhəmməd Muradlı Azərbaycan çempionatının qalibi adını qazandı. Misrətdin İsgəndərov gümüş medalla kifayətləndi.
Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 22 min manat təşkil edir. Çempion 8 min manat qazandı.
Bənzər xəbərlər
Dubayda dünya çempionatında medallar qazanan Azərbaycan boksçuları vətənə qayıdıblar
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında iştirak edən ... Ətraflı
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar
Azərbaycan karateçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının (KWF) ... Ətraflı






