Maks Ferstappendən növbəti çempionluq
04 noyabr 2024 867
Formula 1 üzrə Braziliya Qran-prisinin qalibi müəyyənləşib. San-Pauluda keçirilən yarışda “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen finişə hamıdan tez çatıb.
Digər iki pilləni isə "Alpine"nin fransalı üzvləri tutub. Esteban Okon ikinci, Pyer Qasli isə üçüncü olub.
Məlumat üçün bildirək ki, təsnifat mərhələsinin qalibi “McLaren” komandasının britaniyalı pilotu Lando Norris olmuşdu.
Qeyd edək ki, “Red Bull” komandasının 27 yaşlı niderlandlı pilotu Maks Ferstappen liderlik günlərinin sayına görə 7 qat dünya çempionu, əfsanəvi Mihael Şumaxeri keçib.
2021-ci ildən bəri ardıcıl üç titul qazanan və 2022-ci il İspaniya Qran-prisindəki qələbəsindən sonra fərdi hesabda liderliyi ələ alan M.Ferstappen 897 gündür çempionatın lideri mövqeyindədir.
M.Şumaxer isə 2000-ci ilin əvvəlində İtaliyanın “Ferrari” kollektivində çıxış etdiyi dönəmdə Formula 1-də fərdi hesabda 896 gün liderliyini qorumuşdu.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı