Leyli Əliyeva: “Bu nailiyyət bizim gələcək karyeramız üçün mühüm bir təkan olacaq”
29 iyul 2025 - 16:10 386
“Atıcılıq idman növü ilk dəfə idi ki, festivalın proqramına salınmışdı. Belə bir idman tədbirində iştirak etmək bizə də nəsib oldu”.
Bu sözləri müsahibəsində Skopye-2025 XVIII Avropa Gənclər Olimpiya Festivalının güllə atıcılığı üzrə duet yarışlarında ölkəmizə gümüş medal qazandıran Leyli Əliyeva deyib.
10 m məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında Oleq Kerjankinlə birgə fərqlənən idmançı əldə olunan uğura görə sevindiyini bildirib.
“Sevindirici haldır ki, Skopyedə ölkəmizi təmsil etmək imkanından yararlana bildik. Ən əsası gümüş medala yiyələnib, ilk dəfə festivalın mükafatçısı olan azərbaycanlı atıcı kimi tarixə düşdük. Bu nailiyyət bizim gələcək karyeramız üçün mühüm bir təkan olacaq”.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı

