Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının qalibləri müəyyənləşib
26 avqust 2024 1071
Bu gün Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatına yekun vurulub.
50-dən çox idmançının qoşulduğu mübarizədə üç kateqoriya üzrə mükafatçılar müəyyən edilib. Böyüklər arasında qadın oxatanların yarışında (70 metr) Olimpiya təmsilçimiz Yaylagül Ramazanova qızıl, gənc və perspektivli Fatimə Hüseynli gümüş, Svetlana Simonova isə bürünc medala yiyələniblər.
Bu kateqoriya üzrə yarışan kişi idmançılar arasında qızıl medalı Məhəmmədəli Əliyev, gümüşü Roman Venqerov, bürünc medalı isə Əhməd Hüseynov qazanıb.
60 metrlik hədəfi nişan alan qadınların mübarizəsində 1-ci, 2-ci, 3-cü yerləri müvafiq olaraq Amina Şərif, Lalə Almasova və Zəhra Carçılı bölüşüblər.
Eyni kateqoriyada kişilərin sıralanması aşağıdakı kimi nəticələnib: İslam İsmayılov - qızıl, Sərdar Vəliyev - gümüş və Nurlan Rəhimli - bürünc medal.
Qadın yeniyetmələrin (30 metr) yarışında birinciliyi Leyla Əfəndiyeva qazanıb.
Sona Rüstəmli və Fatimə Nəbiyeva isə müvafiq olaraq ikinci və üçüncü yerlə kifayətlənməli olublar.
Nəhayət, kişi yeniyetmələr arasında baş tutan yarışları Məhəmməd İsmayılov qızıl, Hüseyn Məhərrəmov gümüş, Nicat Nəbiyev isə bürünc medalla başa vurublar.
Çempionat qaliblərin mükafatlandırılması ilə başa çatıb. Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev, Federasiyanın vitse-prezidenti Rauf Əliyev,
Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov, Su İdmanı Sarayının direktoru Zaur Yaqubov və Bodibildinq üzrə üçqat Dünya Çempionluğunun mükafatçısı Emin Babayev idmançıları medallarla təltif ediblər.
Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev tədbirdən sonra yarışlarda əzmlə mübarizə aparan idmançılarla həmsöhbət olaraq onlara karyeralarında daha böyük uğurlar arzulayıb.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı