İslamiada: Taekvondo yarışları davam edir
17 noyabr 2025 - 15:38 543
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Vl İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir.
Taekvondoçumuz Eltac Qafarov (+82 kq) 1/2 finalda Qazaxıstan idmançısı Baurjan Khassenova 1:2 hesabı ilə məğlub olaraq üçüncü yer uğrunda mərakeşli Soufiane Elasbilə üz-üzə gələcək.
Bu gün çıxış edən komandanın digər üzvlər Oyunları medalsız başa vurub.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarında Minayə Əkbərova (48 kq) gümüş, Qaşım Maqomedov (60 kq) isə bürünc medal qazanıb.
Bənzər xəbərlər
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman ... Ətraflı
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı