İslamiada: Azərbaycanın kişilərdən ibarət cüdo komandası qalib adına layiq görülüb
17 avqust 2022 996
Türkiyənin Konya şəhərində keçirilən yarışda Azərbaycan millisi birinci yer uğrunda görüşdə meydan sahibi Türkiyəyə 3:2 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, bu gün Azərbaycanın qadın cüdo millisi isə bürünc medala sahib olub.
Qeyd edək ki, kişi cüdo millisi 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının da qalibi adına layiq görülüb.
Xatırladaq ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.
Bənzər xəbərlər
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.
Bu barədə Azərbaycan Su ... Ətraflı
Avropa çempionatı: Cüdoçularımız ilk yarış gününü iki medalla başa vurdular
Azərbaycan komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə çempionatında daha ... Ətraflı