İslamiada: Azərbaycanı muaytay növündə təmsil edəcək idmançılar bəlli olub
03 noyabr 2025 - 10:58 573
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı muaytay növündə təmsil edəcək idmançılar bəlli olub.
Ölkəmiz yarışlarda 4 idmançı ilə təmsil olunacaq.
Yığmanın heyətində Xəyal Əliyev, Emili Rzayeva, Əli Əliyev və Səlahəddin Qocazadə güclərini yoxlayacaqlar.
Qeyd edək ki, Oyunlar noyabrın 7-dən 21-dək təşkil olunacaq.