İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
13 sentyabr 2026 - 22:45 41
İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) fəaliyyətinə uzun illər töhfə vermiş, Assosiasiyanın Baş Katibliyinin üzvü Əşrəf Dahruc vəfat edib.
Əşrəf Dahruc 30 ildən artıq müddətdə İslam Həmrəyliyi İdman Assosiasiyasının fəaliyyətində yaxından iştirak edib. O, uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı və fədakar əməyi ilə Assosiasiyanın inkişafına mühüm töhfələr verib.
Fəaliyyəti dövründə Azərbaycan idmanına da hər zaman dəstəyini göstərən mərhumun vəfatı Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tərəfindən də dərin hüznlə qarşılanıb.
Milli Olimpiya Komitəsi İslam Həmrəyliyi İdman Assosiasiyasında 30 ildən çox xidmət göstərən Assosiasiyanın Baş Katibliyinin üzvü Əşrəf Dahrucun vəfatına görə Assosiasiyaya, onun ailəsinə, yaxınlarına, həmkarlarına və sevənlərinə dərin hüznlə başsağlığı verir və kədərlərini bölüşür.
Allah rəhmət eləsin!
Bənzər xəbərlər
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının ... Ətraflı
Azərbaycan komandası Maltada estafet yarışının qalibi olub
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletləri Maltada keçirilən “Avropa açıq” üzgüçülük ... Ətraflı