Huqo Alanso Kastanon: Bakı ən azı 80-dən artıq bal toplamalıdır ki, 2026-cı ilin idman paytaxtı kimi təsdiqlənsin
22 aprel 2024 1098
“Bakının 12 kateqoriyaya əsasən dünyanın idman paytaxtına namizədliyi irəli sürülüb”.
Bu barədə Avropanın İdman Paytaxtları Federasiyasının (ACES) baş katibi Huqo Alanso Kastanon "Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi" mövzusunda təşkil olunan mətbuat konfransında bildirib.
O bildirib ki, bu kateqoriyaların hər biri 100 ballıq şkala ilə qiymətləndiriləcək:
"Şəhərinizdə möhtəşəm qonaqpərvərlik gördüm. Burada olduğumuz üçün şadıq. Mən və komandamızın digər üzvləri adından deyə bilərəm ki, paytaxtınız idman şəhəri kimi tanınır və irəli sürülən namizədliyin qəbul olunması üçün hər cür şərait mövcuddur. Məqsədimiz dünya paytaxtlarına idman dəyərlərini qatmaqdır.
Bakı ən azı 80-dən artıq bal toplamalıdır ki, 2026-cı ilin idman paytaxtı kimi təsdiqlənsin. 1 həftə ərzində qiymətləndirmələr aparılacaq və biz yalnız bundan sonra Bakının idman paytaxtı seçilib-seçilməyəcəyi ilə bağlı suala cavab tapacağıq".
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı
