Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
06 oktyabr 2026 - 13:49 66
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.
73 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu 1/8 finalda italiyalı Covanni Espozito ilə üz-üzə gəlib.
Rəqibinə cərimə xalları hesabına məğlub olan H.Heydərov mübarizəni dayandırıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Bənzər xəbərlər
Dünya çempionatı: Hidayət Heydərov və daha iki Azərbaycan cüdoçusu mübarizəyə başlayır
Azərbaycanın daha üç cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün ... Ətraflı
Dünya çempionatı: Xədicə Qədəşova mübarizəni dayandırıb
Azərbaycan cüdoçusu Xədicə Qədəşova (57 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı