Hacı Əliyev 35 yaşını təntənəli qeyd etdi
28 aprel 2026 - 23:57 586
Sərbəst güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu, Olimpiya Oyunlarının mükafatçısı kimi adını ölkəmizin idman tarixinə qızıl hərflərlə yazdırmış Hacı Əliyev 35 yaşını təntənəli şəkildə qeyd edib.
Mərasimdə idman ictimaiətinin bir çox tanınmış simaları iştirak edib.
Azərbaycan Prezidentinin sərəncamı ilə 2015-ci ildə “Tərəqqi” medalı, 2016-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu və 2021-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Dövlət Sərhəd Xidmətinin zabiti kimi “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubileyi medalı və "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalına layiq görülüb.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı