Xəbərlər

“GENERATION for Peace” təşkilarının rəsmiləri ilə görüş baş tutdu

18 avqust 2015 621

Avqustun 18-i Milli Olimpiya Komitəsinin nümayəndələri İordaniyanın “Gereration for Peace” təşkilatının rəsmiləri ilə görüş keçirildi. Görüşdə MOK-un vitse-prezidentinin köməkçisi Həsənağa Rzayev, “İdman Naminə İnkişaf” ictimai birliyinin layihə koordinatorları Sahibə Paşayeva və Elnarə Mirzəyeva, təşkilatın programlar üzrə direktoru Lama Hattab və layihə icraçısı Dineşa Suppan iştirak ediblər.

Tədbirə İordaniyalı qonaqları salamlamaqla başlayan H.Rzayev ilk öncə Milli Olimpiya Komitəsi tərəfindən Olimpiya dəyərləri olan sağlam və fəal həyat tərzini təbliğ olunduğunu qeyd etdi. O bildirdi ki, İlk Avropa Oyunlarından sonra Olimpiya hərəkatı Azərbaycanda geniş vüsət alıb və yeni fikirlər və hədəflərin reallaşdırılması üçün yol açıb. Buna misal olaraq MOK tərəfindən həyata keçirilən uzun müddətli FASA(Fəal ailəm, Sağlam aləm) və LEAP 2017 layihələri nümunədir və hər iki layihənin əsas məqsədi fiziki aktivliyin və idmana olan marağın artırılmasıdır. H.Rzayev həmçinin qeyd edib ki, hər il olmaqla 21 iyun Olimpiya günündə “Olimpiya Festivalı” adlı tədbir həyata keçirilir. O, 2017-ci ildə Azərbaycan IV İslam Həmrəylik Oyunlarına da ev sahibliyi edəcəyini vurğuladı.

Sonra “İdman Naminə İnkişaf” ictimai bilriyi tərəfindən Real Madrid Fondunun Azərbaycandakı sosial futbol məktəbinin layihə rəhbəri Sahibə Paşayeva və Maykl Conson İcra layihəsinin koordinatoru Elnarə Mirzayeva öz layihələri haqqında daha ətraflı məlumat verərək sağlam və fəal həyat tərzinin özünə məxsus şəkildə inkişaf etdirildiyindən bəhs etdilər.

“Generation for Peace” qeyri-kommersiya sülh təşkilatının layihələr üzrə direktoru Lama Hattab təşkilat haqqında məlumat verərək 50 ölkədə fəaliyyət göstərdiklərini qeyd etdi. L.Habbatın sözlərinə görə, təşkilatın əsas hədəfi gənc könüllülər arasında liderlik bacarıqlarını inkişaf etdirməkdir. “Generation for Peace” hər bir ölkə üçün gənc nəslin inkişaf etməli olduğu mənfi cəhətləri müəyyənləşdirərək xüsusi proqram əsasında təlimlər hazırlayır, öz növbəsində onlar bu bilikləri icmalarda paylaşıb inkişaf etdirirlər. O qeyd edib ki, gələcəkdə Milli Olimpiya Komitəsi ilə uğurlu layihələrin həyata keçiriləcəyinə əmindir.

Tədbirdə həmçinin digər layihələr və gələcək planlar üzrə təkliflər üzərində müzakirələr aparıldı. Xatırladaq ki, Milli Olimpiya Komitəsi ümümilikdə 40-a yaxın layihənin rəhbəri və ya tərəfdaşı olmuşdur.

IMG_0554-(1) IMG_0551