Formula 1-də səs-küy yaradacaq transfer
03 iyul 2025 - 15:34 739
Formula 1-də “Red Bull”un ulduz pilotu Maks Verstappen və “Mersedes” komandası arasında transferlə bağlı ciddi danışıqlar aparılır.
Sky Sports F1 İtalianın məlumatına istinadən, “Red Bull”un niderlandlı ulduz pilotu Maks Verstappen 2025-ci il mövsümündən sonra “Mercedes”ə qoşulmağa hazırdır. Bununla bağlı tərəflər arasında danışıqlar davam etsə də, hər hansısa bir rəsmi razılaşma əldə olunmayıb. Bu mümkün transfer “Mersedes” cəbhəsində əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. 2026 mövsümündə komandanın hazırkı iki pilotundan biri olan George Russell və Andrea Kimi Antonellinin gənc istedadı yerlərini itirə bilər. Hər iki pilotla müqavilə 2025-ci ilin sonunda başa çatacaq.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı