Formula 1 Azərbaycan Qran Prisi 2025 üçün marşal qeydiyyatı başlayıb
07 mart 2025 1237
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025 üçün marşal qeydiyyatı proqramına start verib.
BŞH-dən verilən məlumata görə, sürət yarışının həyəcanverici atmosferini trekə ən yaxın məsafədən hiss etmək istəyənlər və yaşı 21-dən yuxarı olanlar dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, marşal proqramına qoşula bilərlər.
Azərbaycan Avtomobil Federasiyası (AAF) bu proqramı uğurla başa vuran hər bir marşalı FIA tərəfindən qəbul olunmuş beynəlxalq rəsmi lisenziya ilə təltif edəcək. Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, Formula 1 Qran-Prisi və digər avtomobil idman yarışlarında iştirak etmək imkanı verəcək.
Xatırladaq ki, ötən il Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi zamanı 1500-ə yaxın marşal cəlb edilib, onların 100-dən çoxu əcnəbi olub.
Marşal Proqramı haqqında daha ətraflı məlumatı Bakı Şəhər Halqasının veb-səhifəsindən, həmçinin, marshals@bakugp.az elektron ünvanına yazaraq əldə etmək mümkündür.
Qeydiyyat üçün link: https://www.bakucitycircuit.com/az/marshals
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı