FİBA-nın baş katibi Azərbaycan Basketbol Federasiyasının əməkdaşları ilə görüşüb
25 aprel 2025 496
FİBA-nın baş katibi Andreas Zaqklis Azərbaycan Basketbol Federasiyasının (ABF) əməkdaşları ilə görüşüb.
ABF-nin mətbuat xidmətinə istinadən, qurum rəhbəri onların gündəlik fəaliyyəti və iş prosesi ilə yaxından tanış olub.
FİBA rəsmisi Azərbaycan basketbolunun inkişafını yüksək qiymətləndirib və ABF əməkdaşlarının basketbolun ölkədə daha geniş yayılması və peşəkar səviyyədə inkişafı istiqamətində səylərini və görülən tədbirləri müsbət dəyərləndirib.
ABF əməkdaşları ilə səmimi söhbət edən A.Zaqklis onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı