Fərid Mansurov: “Sevinirik ki, belə istedadlı və fəal gənclərimiz var”
06 may 2025 761
“OCEP layihəsi çərçivəsində belə tədbirlərin təşkili idman və təhsil arasında vəhdət yaradaraq, gənclərin həm fiziki inkişafına, həm də intellektual bacarıqlarının formalaşmasına töhfə verir”.
Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov bu gün “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş idman festivalından sonra Olympic.az saytına müsahibəsində bildirib.
OCEP layihəsinin əhəmiyyətindən danışan MOK rəsmisi qeyd edib ki, bu layihə 2019-cu ildən etibarən MOK tərəfindən uğurla həyata keçirilir:
“Bu gün Səbail rayonu Məmməd Rahim adına 7 saylı tam orta məktəbin təşkilatçılığı ilə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirildi. Sahil bağında belə bir tədbirin təşkil olunması tədbiri izləyənlər və iştirakçılar üçün əsl bayram əhval-ruhiyyəsi yaratdı. Tədbirdə məktəblilərimizin idman vərdişlərini və nümunəvi çıxışlarını izlədik. Qeyd edim ki, OCEP layihəsi 2019-cu ildən Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilir. Bu layihə Olimpiya Hərəkatı və onun hörmət, dostluq və mükəmməllik dəyərlərini özündə ehtiva edir. Layihə çərçivəsində bizim bir çox məktəblərimiz Avropa məktəbləri ilə əməkdaşlıq edirlər. Bu gün tədbirin təşkilatçısı olan 7 saylı Məmməd Rahim adına məktəbin də Niderland Krallığını təmsil edən məktəblə əməkdaşlığı var. Fikrimcə, çox maraqlı tədbirə şahidlik etdik. Sevinirik ki, belə istedadlı və fəal gənclərimiz var”, - deyə Fərid Mansurov bildirib.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı