“FASA” ailələri sahilyanı təmizlikdə iştirak etdilər
19 sentyabr 2015 609
19 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi “Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü” çərçivəsində Olimpiya Oyunlarının Ümumdünya Tərəfdaşı olan Coca-Cola şirkətinin təşkilatçılığı ilə keçirilən ənənəvi sahilyanı təmizlik aksiyasında iştirak etmişdir. Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günündə keçirilmiş layihəsinin əsas məqsədi böyük miqyasda tullantılarla dolu olan, Binəqədi rayonunda yerləşən ictimai çimərliyinin təmizlənməsi və insanların bu kimi sahələrdə tullantılara qarşı mübarizə aparmasıdır. Tədbir zamanı MOK ilə birgə həyata keçirdiyi “Fəal Ailəm, Sağlam Aləm” proqramının iştirakçı ailələri və işçi heyətindən üzvləri ilə yanaşı layihənin təşkilatçıları olan “Green Baku” və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola”, həmçinin “Let’s Do It! Azerbaijan”programı ,Green ASAN könüllülər qrupu, Binəqədi rayon İcra Hakimiyyəti, Bakcell şirkəti iştirak etmişdilər.
Xatırladaq ki, “Fəal Ailəm, Sağlam Aləm” proqramının əsas məqsədi sağlam və fəal həyat tərzini təbliğ etməklə, daha çox insanı, xüsusilə uşaq və valideynləri Olimpiya hərəkatına cəlb etməkdir.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı