Evində yeni dəbilqə ilə çıxış edəcək
24 oktyabr 2024 720
«Red Bull»un pilotu Serxio Peres Meksika Qran Prisində xüsusi hazırlanmış dəbilqə ilə çıxış edəcək. Dəbiləqini üzərində vrestler maskası və “Heç vaxt təslim olma” devizi yazılıb.
O, qeyd edib ki, bu dəbilqə ona doğma azarkeşləri önündə uğur qazandıracaq.
Məlumat üçün bildirək ki, bu mövsüm 19 mərhələdən sonra «Red Bull» pilotu Maks Verstappen fərdi çempionatda liderlik edir. O, Lando Norrisi 57 xal geridə qoyub. «McLaren» komanda hesabında Avstriyanın «Red Bull» yarış komandasını 40 xal qabaqlayaraq Konstruktorlar çempionatında liderliyini davam etdirir. Serxio Peres hazırda şəxsi hesabda 150 xalla səkkizinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Meksika Qran-Prisi oktyabrın 25-dən 27-dək «Rodriges Qardaşları Circuit»də keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı