Elgün Kərimli Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu oldu
08 noyabr 2026 - 21:53 148
Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi üzrə yarışlarında daha bir qızıl medal qazanıb.
Komandamızın üzvü Elgün Kərimli (90 kq) final görüşündə Gürcüstan təmsilçisi Nuradin Mustafayevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
B qrupunda mübarizə aparan idmançımız qrup mərhələsində keçirdiyi hər üç görüşü qələbə ilə başa vurub. Elgün Kərimli əvvəlcə Moldova təmsilçisi Artiom Kakeanı və Mərakeş idmançısı Nour Qannamı, sonuncu görüşündə isə Braziliya təmsilçisi Allan Smit di Souza Beserranı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Seneqal təmsilçisi Ablaye Diufu mübarizədən kənarlaşdıran güləşçimiz finala yüksəlib.
Beləliklə, Azərbaycan komandası Dakar-2026-da çimərlik güləşi üzrə yarışları 3 medalla başa vurub. Təmsilçilərimizdən daha əvvəl Tunar Quliyev (70 kq) qızıl, Nihad Süleymanlı (80 kq) isə gümüş medal qazanıb. Günel Kərimli (55 kq) isə Oyunları beşinci pillədə tamamlayıb.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı