Əhməd Ağayev: "Nümunəvi təşkilatçılıq ədalət təmsilçiləri üçün işin keyfiyyətinə birbaşa təsir göstərirdi"
30 iyul 2025 - 10:02 352
“Hər yarışda olduğu kimi, Osiekdəki festivalda da rəqabət çox güclü idi”.
Bu sözləri müsahibəsində Skopye-2025 çərçivəsində keçirilən idman gimnastikası yarışlarında ölkəmizi hakim qismində təmsil edən Əhməd Ağayev bildirib.
Təşkilatçılıqdan razı qalan ədalət təmsilçimiz qeyd edib ki, yarışlar boyu peşəkar yanaşma, yaradılan şərait və ümumi işin ahəngdar qurulması onlarda müsbət təəssürat yaradıb.
“Hər bir xal idmançılar üçün böyük önəm kəsb edirdi. Ona görə də yarış eyni zamanda həm gərgin həm də maraqlı keçirdi. Təmsilçimiz Rafael Həsənov isə ilk dəfə olaraq belə böyük bir yarışda iştirak edirdi. Bu onun üçün böyük təcrübə oldu. Təşkilatçılıq barəsində isə deyə bilərəm ki, yarışlar yüksək səviyyədə idi. Hər bir məsələ operativ şəkildə həll olunurdu. Bu cür nümunəvi təşkilatçılıq həm idmançılar, həm də ədalət təmsilçiləri üçün işin keyfiyyətinə birbaşa təsir göstərirdi”, - deyə Əhməd Ağayev bildirib.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı