Dünya kuboku seriyası Bakıda
21 avqust 2024 899
2025-ci ildə bədii gimnastika üzrə dünya kuboku seriyası beş deyil, dörd mərhələdən ibarət olacaq.
Son illər seriyanın ilk turniri adətən Yunanıstanda keçirilirdisə, yeni mövsümdə Palao Falirodakı turnir təqvimdə olmayacaq.
2025-ci il dünya kuboku seriyasının ilk mərhələsi aprelin 4-6-da Sofiyada keçiriləcək. Ardınca növbə Bakıya çatacaq (18-20 aprel).
Milli Gimnastika Arenasındakı yarışdan sonra Daşkənddə seriyanın üçüncü mərhələsi baş tutacaq (25-27 aprel). Gələn il dünya çempionatının finalına isə Milan (18-20 iyul) ev sahibliyi edəcək.
Bənzər xəbərlər
Dubayda dünya çempionatında medallar qazanan Azərbaycan boksçuları vətənə qayıdıblar
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında iştirak edən ... Ətraflı
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar
Azərbaycan karateçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının (KWF) ... Ətraflı