Dünya Kuboku: Bakı mərhələsinə yekun vuruldu
03 oktyabr 2026 - 21:25 179
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan turnirə yekun vurulub.
Axşam seansından öncə “Avroviziya” mahnı müsabiqəsinin qalibi Nigar Camalın ifasında musiqi proqramı təqdim olunub.
Final seansında təmsilçimiz Anastasiya Qnusina fərqlənənlər sırasında olub. O, 200 metr məsafəyə arxası üstə üzmə yarışında (2:20,68) Azərbaycan rekordunu yeniləyib.
Üçüncü günün final seansının nəticələri:
Kişilər
Qarışıq üsulla 400 metr – 1.Karson Foster 2.İlya Borodin 3.Alberto Rossetti
Kəpənək üsulu ilə 50 metr – 1.Yeqor Kornev 2.Çek Vey Tyonq 3.Cuner Çen
Arxası üstə üsulla 100 metr – 1.Piter Kutsi 2.Pavel Samusenko 3.Şeyn Kazas
Brass üsulu ilə 200 metr – 1. Luk Barr 2.Kasper Karbo 3.Kirill Priqoda
Sərbəst üsulla 200 metr – 1.Şeyn Kazas 2.Yubo He 3.Lukas Anvo
Qadınlar
Kəpənək üsulu ilə 100 metr – 1.Ros Vanotterdayk 2.İçun Vanq 3.Darya Klepikova
Arxası üstə üsulla 200 metr – 1.Anna Peplovski 2.Teylor Rak 3.Freya Kolbert
Brass üsulu ilə 50 metr – 1.Florin Qaspar 2.Ralina Gilyazova 3.Mona Makşeri
Sərbəst üsulla 100 metr – 1.Marrit Stenberxen 2.Katarjina Vaşik 3.Teylor Rak
Qarışıq üsulla 200 metr – 1.Yitinq Yu 2.Marrit Stenberxen 3.Ebi Vud
“İpək Yolu” (The Silk Road Tour) Dünya Kubokunun Bakı mərhələsində xal prinsipinə əsasən fərqlənən idmançılar medallarla təltif olunub. Mükafatlandırma mərasimində Dünya Su İdmanı Federasiyasının Üzgüçülük üzrə Texniki Komitə sədri Kreyk Hanter, Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev və Azərbaycan Üzgüçülük Federasiyasının müşaviri Rəşad Əbdürəhmanov iştirak edib.
Kişilər arasında ən yüksək xal toplayan Yeqor Kornev qızıl medal qazanıb. İkinci yeri Luk Barr tutub. Piter Kutsi isə bürünc medala sahib olub.
Qadınların reytinq cədvəlində hamını qabaqlayan Marrit Stenberxen qızıl medala layiq görülüb. Ros Vanotterdayk gümüş, Anna Peplovski isə bürünc medal qazanıb.
Qeyd edək ki, Bakıdan sonra “İpək Yolu” (The Silk Road Tour) Dünya Kubokunun növbəti mərhələsi 8-10 oktyabr tarixlərində Daşkənddə təşkil olunacaq.
ASF-nin tərəfdaşları: Botanica Residence, RCT, Universal Hospital, Bənövşə Aptek, Haval, Volvo, Maserati.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı











