Xəbərlər

Dünya çempionatı: Zelim Tçkayev gümüş medalın sahibi olub

07 oktyabr 2026 - 19:11 27

Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

 

81 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gəlib.

 

Rəqibinə məğlub olan Z.Tçkayev gümüş mükafatla kifayətlənib.

 

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.